Есть ответ 👍

Yanar dağ Digah qəsəbəsi yaxınlığında yerləşən ərazi xalq arasında Yanar dağ kimi məşhurdur. Yanar dağın əks istiqamətində yanan üç təpələr olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanar dağın mövcudluğuna əsasən qəbul edilib. Əslində bura dağ yox, yüksəklikdir və uzaqdan o qədər də diqqəti cəlb etmir. Buraya yalnız yaxınlaşanda görmək olur ki, alov yerin üstü ilə bir təpəcikdən digər təpəciyə tərəf sürünür. Gah orada, gah da burada peyda olan alovun dilləri özündən sonra sönməkdə olan alovun naxışlarını buraxaraq, yerin altına çəkilir. Buranın müalicəvi əhəmiyyətini yerli ağsaqqallar da qeyd edirlər. Bir çox alimlər belə izah edirlər ki, yerin altında geoloji proseslər gedərkən yeraltı qazın yerin üzünə çıxması halı baş verir.
2007-ci ildə Yanar dağın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir.

1. Verilmiş mətnə hansı sualı vermək olmaz?
A) Yanar dağ harada yerləşir?
B) Bu ərazidə hansı xəstəlikləri müalicə edirlər?
C) Alovun ətrafa yayılmasını nə zaman görmək olar?
D) Ərazinin müalicəvi əhəmiyyətini kim təsdiq etmişdir?
E) Alov hansı proses nəticəsində meydana gəlir?

2. Hansı maddənin yer üzünə çıxması ilə alovlar meydana gəlir?



3. Yanar dağın müalicəvi əhəmiyyətini kimlər təsdiq etmişdir?
A) Amerika alimləri B) ağsaqqallar C) tarixçilər
D) atəşpərəstlər E) həkimlər

4. Altından xətt çəkilmiş birləşmədə cəm şəkilçisi işlətmək düzgündürmü? Fikrinizi əsaslandırın:



5. Sillogizmi tamamlayın:
1-ci hökm: Təpəciklər olan yer yüksəklik sayılır.
2-ci hökm: Yanardağ təpəciklərdən ibarətdir.
Nəticə:
6. Hansı cümlənin xəbəri felin şərt şəklindədir?
A) Mən bu məktubu sabah yazasıyam.
B) Aytəkin mütləq rəhbərliyə məlumat verməlidir.
C) Kaş bu dünyada ancaq xoşbəxtlik hökm sürəydi.
D) Ata malından nə fayda, başda ağıl olmasa.
E) Yıxılana balta vurmazlar.

7. Verilmiş felləri göstərilən formada cümlələrdə işlədin:
Uçmaq (əmr-I şəxsin )



Geyinmək (arzu, III şəxsin cəmi)



Baxmaq (vacib, II şəxsin təki-inkar)


8. Ərəb və Roma rəqəmləri ilə verilən sayları sözlə yazın:

VI- 389-

1784- MCCXI-

9. Nöqtələrin yerinə uyğun gələn şəkilçiləri yazın:
Yazgül ev... çatanda axşam olmuşdu. Qapı... açan ana Yazgül... sevinclə qarşıladı. Çünki ev... kiçik qız... Nabat Bakıdan tətil... gəlmişdi. Yazgül Bacısı... görəndə çox sevindi. Onu qucaqladı və yanağın... öpdü.

10. Hər qrupa aid olan sözləri tapın:
1. Mənsubiyyət şəkilçili sözlər. 2. Hal şəkilçili sözlər. 3. Xəbərlik (şəxs) şəkilçili sözlər

a. bostanda, dəftərdən, evə
b. sirrimiz, anan, alçası
c. heyvanı, quyuya, ürəkdən
d. həkiməm, işçidir, savadlıyıq
e. babası, sevincinz, çaydanım

11. Yerindən asılı olaraq həm böyük, həm də kiçik hərflə yazıla bilən sözlər hansılardır?
A) Günəş, Bahar B) Şakir, Fuad C) Mahir, Zəhra D) Rahim, Gültac E) Vəli, Aysu

12. “Valideynə borcumuz” mövzusunda 2 fakt yazın:
1)
2)

278
465
Посмотреть ответы 1

Ответы на вопрос:


В

Объяснение:

в школу придешь на олимпиаду и в школу придешь на олимпиаду в кино завтра не могу

Реши свою проблему, спроси otvet5GPT

  • Быстро
    Мгновенный ответ на твой вопрос
  • Точно
    Бот обладает знаниями во всех сферах
  • Бесплатно
    Задай вопрос и получи ответ бесплатно

Популярно: Другие предметы

Caktus Image

Есть вопросы?

  • Как otvet5GPT работает?

    otvet5GPT использует большую языковую модель вместе с базой данных GPT для обеспечения высококачественных образовательных результатов. otvet5GPT действует как доступный академический ресурс вне класса.
  • Сколько это стоит?

    Проект находиться на стадии тестирования и все услуги бесплатны.
  • Могу ли я использовать otvet5GPT в школе?

    Конечно! Нейросеть может помочь вам делать конспекты лекций, придумывать идеи в классе и многое другое!
  • В чем отличия от ChatGPT?

    otvet5GPT черпает академические источники из собственной базы данных и предназначен специально для студентов. otvet5GPT также адаптируется к вашему стилю письма, предоставляя ряд образовательных инструментов, предназначенных для улучшения обучения.

Подпишись на наш телеграмм канал

GTP TOP NEWS